Bərdədə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
1558
12 Dec 2024 | 17:45

Bərdədə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb

Dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 21-ci ildönümü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon sakinləri rayonun əsas meydanında və Heydər Əliyev adına Park bulvarda ucalan ümummilli lider Heydər Əliyevin heykəlləri önünə gül dəstələri qoyaraq xatirəsini anıb, hörmət və ehtiramlarını bildiriblər.
 
Sonra Ümummilli liderin vəfatı günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər