Cənubi Qafqazda İKİNCİ CƏBHƏ: Regionda əks-səda verəcək növbəti HƏYƏCAN SİQNALI
325
15:50, Bu gün

Cənubi Qafqazda İKİNCİ CƏBHƏ: Regionda əks-səda verəcək növbəti HƏYƏCAN SİQNALI

“Seyid Əli Xamenei ABŞ və İsraili birbaşa, Türkiyəni isə sətiraltı eyhamlarla ittiham etsə də, Tehran üzləşdiyi riskləri Ankara olmadan yoluna qoya bilmədiyini başa düşür. Çünki İran növbəti mərhələdə geosiyasi tarazlığının pozulması fonunda daha heyrətamiz hadisələrlə qarşılaşa bilər. Tehran indi Türkiyəyə İranın itkilərini kompensasiya edəcək kənar faktor kimi baxmağa məhkumdur. Xameneinin Ankaranı birbaşa ittihamdan çəkinməsi də İranın Türkiyəyə sabit və müsbət keçidi təmin edən amil kimi baxması ilə əlaqəlidir”.

Moderator.az Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov bildirib.

O qeyd edib ki, İran nəinki potensial olaraq Suriyadakı strateji mövcudluğunu itirir, həm də qonşu Livanda ağır silahlı bir proksi saxlamaq qabiliyyətindən məhrum olur.

Cənubi Qafqazda İKİNCİ CƏBHƏ: <span style=color:red>Regionda əks-səda verəcək növbəti HƏYƏCAN SİQNALI - FOTO

Siyasi şərhçinin qənaətincə, İran düşə biləcəyi növbəti xaos dalğasından qaçmaq üçün Türkiyə və Suriya ilə yanaşı, İraqla da dil tapa bilmək variantlarını axtarır: “Çünki İran növbəti zərbəni İraqda gözləyir, digər tərəfdən Tehran İraq və Yəməndə husiləri dəstəkləmək kimi uğursuz strategiyasını ən azından ikiqat azaltmağı hədəfləyə bilər ki, gələcək təhlükələrdən sığortalansın. İran bu baxımdan regional güc kimi Türkiyə ilə, qlobal aktor olan ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar əsnasında, yeni yanaşmaya açıq olduğuna işarə edir. Xameneinin Bəşər Əsədin süqutunu Suriyanın devrilmiş hökumət güclərinin üzərinə atması da Tehranın gələcək regional yanaşmalarda güzəştə hazırlıqlarının əlaməti kimi şərh oluna bilər”.

Cənubi Qafqazda İKİNCİ CƏBHƏ: <span style=color:red>Regionda əks-səda verəcək növbəti HƏYƏCAN SİQNALI - FOTO

STM əməkdaşı söyləyib ki, Xamenei Türkiyə vasitəsilə ABŞ-nin maraqlarının nəzərə alınması istiqamətinə də həvəslənir və Ankaraya İraqda yarana biləcək təhlükələrə qarşı əməkdaşlıq təklif edir: “Ehtimal ki, İraqda İran proksi qüvvələrlə dar miqyaslı hücum kampaniyalarına dəstək üçün Türkiyənin də mövqeyini öyrənir. İkinci bir cəbhə Cənubi Qafqaz regionudur, ehtimal ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rərəb Tayyib Ərdoğanın telefon danışığı İrana Ankara ilə bu regionda əməkdaşlığı dərinləşdirmək çağırışlarını dərk etdirir. Bunlarla belə, İranın nüvə silahı əldə etmək potensialı regionda əks-səda verəcək növbəti həyəcan siqnalı yarada bilər. Çünki müqavimət oxu qırılan İranın danışıqlar nəticə verməsə nüvə silahı əldə etməsinə dair müxtəlif informasiya əməliyyatlarına başlayacağı ehtimalı yüksəkdir. Bu, İranın xarici strategiyası ilə paralel daxili siyasət arenasındakı uğursuzluq hekayələrini ört-basdır etmək vasitəsinin bir hissəsi ola bilər”.

Link kopyalandı!
Son xəbərlər