276
14:55, Bu gün

"Vətəndaş A"-nın rejissoru Elvin Rüstəmzadə: "Bizim üçün ən böyük maneə..."

Bu günlərdə Azərbaycan film sektorunda adından söz etdirən  "Vətəndan A" serialı son illərin ən uğurlu işlərindən hesab olunur. Müasir dövrə adaptasiya edilməklə, Cəfər Cabbarlının "Almaz" əsərinin motivləri əsasında çəkilən bu çoxseriyalı filmdə cəmiyyətdə təhsilin vacibliyi vurğulanır. Kəndə gələn Almaz dərs dediyi məktəbdə və kəndin özündə baş verən qanunsuzluqlarla, özbaşınalıqlarla, həmçinin qadın hüquqları uğrunda  mübarizə aparır.
 
Moderator.az xəbər verir ki, sitat.info cəmiyyətdə sevilən və bəyənilən "Vətəndaş A"-nın rejissoru Elvin Rüstəmzadə ilə serialı müzakirə edib.
 
 
Gənc rejissor vurğulayıb ki, seriala müsbət reaksiyalar gözlənilsə də, bu qədər olacağını gözləməyiblər: "Bilirsiz, "Vətəndaş A"-da mövzu və hadisələr elədir ki, hamının bildiyi, eșitdiyi, gördüyü məsələlərdir. Hadisələr tamaşaçıya doğma və maraqlı gəldi. Ona görə də sevildi". 
 
E.Rüstəmzadə qeyd edib ki, çəkiliş zamanı qarşılaşdıqları ən böyük çətinliklərdən biri məhz serialın rayonda, ucqar bir kənddə çəkilməsi olub: "Çətinlik hər işdə olur. Bizə isə əsas maneəni çəkilişin rayonda olması yaratdı. Bayan kəndi Daşkəsəndə, qaldığımız otel isə Gəncədə idi. Hər gün Bayana 20 kilometrdən artıq yol gedirdik.  Yollar dolam-dolaşıq, yorucu idi. Gah yağış yağırdı, gah gün çıxırdı. Gah maşın xarab olurdu".
 
Rejissor qeyd edib ki, kənd sakinlərinin də ilk münasibəti o qədər isti olmayıb: "İlk ərəfələrdə Bayanın sakinlər bizi sevmədilər. Yığışıb söhbət edirdilər, çəkilişə mane olurdular, geyim-keçimə ilişirdilər və s. Daha sonra caamatla  qaynayıb-qarışdıq, dostlaşdıq".
 
Qeyd edək ki, İTV-də yayımlanan serial ümumilikdə 12 bölümdür və keçən həftə final bölümü yayımlandı.
 
Link kopyalandı!
Son xəbərlər