Suriyada bölgələrini itirməyə başlayan PKK/YPG terrorçuları ABŞ ilə birlikdə yeni oyuna hazırlaşır.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, İŞİD terrorçularının paltarını geyinərək “təşkilat bitməyib” mesajı verməyə çalışan terrorçular ABŞ-nin Rəqqadakı müxalifləri gülləbaran etməsinə şərait yaradacaq.
Suriya müxalifəti Əsəd rejiminə son qoyduqdan sonra terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələri terrordan təmizləyib. Suriya müxalifətinin bu addımı PKK/YPG terrorçularını və onların dəstəkçisi ABŞ-ni panikaya salıb.
Tel Rıfat, Mənbic və Deyr əz-Zordan qaçmaq məcburiyyətində qalan PKK/YPG terrorçuları Rəqqadakı ayrılmamaq üçün ABŞ ilə birlikdə yeni oyun qurmaq üçün hazırlaşmağa başlayıblar.
Bölgədəki mənbələr PKK/YPG terrorçularının İŞİD terrorçularının geyindiyi paltarları geyinməyə başladığına diqqət çəkir. PKK/YPG terrorçularının İŞİD terrorçusu adı altında açıqlama verməyə hazırlaşdıqlarını bildirən mənbələr bunu səbəbini də açıqlayıb.
Məqsəd dünyaya veriləcək yeni imiclə “İŞİD bitməyib” qavrayışı yaratmaq və ABŞ üçün Rəqqadakı müxalifləri məhv etməkdir.