Azərbaycanlı biznesmen saxlanıldı
1545
12 Dec 2024 | 13:05

Azərbaycanlı biznesmen saxlanıldı

"Ximki" futbol klubunun investoru, azərbaycanlı iş adamı Tufan Sadıqov saxlanılıb.

Bu barədə jurnalist İvan Karpov Telegram kanalında yazır.

Belə ki, Sadıqovun şirkətlərində axtarışlar aparılıb. Güman edilir ki, həbs futbolla bağlı deyil, sahibkarın kommersiya fəaliyyəti ilə bağlı olub.

Yayılan məlumata görə, Sadıqovun barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib. 

Məlumata görə, Sadıqov hazırda istintaq təcridxanalarından birindədir. /Milli.az/

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər