Son 5 ildə 3 qəza, 15 şəhid: UH-1 tipli hərbi helikopter istismara yararsızdır? - ARAŞDIRMA
2312
09 Dec 2024 | 17:20

Son 5 ildə 3 qəza, 15 şəhid: UH-1 tipli hərbi helikopter istismara yararsızdır? - ARAŞDIRMA

Bu gün Türkiyənin İsparta vilayətində Qara Aviasiya Məktəbinin hərbi helikopteri təlim zamanı qəza edərək Keçiborlu rayonunun mərkəzində yanacaqdoldurma məntəqəsinin yanına düşüb. Hadisə nəticəsində hərbi helikopterdəki 6 hərbçi şəhid olub. Onlardan biri generaldır.

Rəsmi məlumata görə, qəzaya düşən helikopter UH-1 tiplidir.

Isparta`da askeri helikopter düştü: 6 askerimiz şehit oldu

Moderator.az bildirir ki, Mediaservis.az UH-1 tipli helikpoterlərin tez-tez qəzaya düşdüyünü nəzərə alaraq bəzi detalları araşdırıb.

UH-1 axtarış-xilasetmə, nəqliyyat və pilot təlimləri üçün ABŞ-nin “Bell” şirkəti tərəfindən istehsal edilib. İlk uçuşunu 22 oktyabr 1956-cı ildə edib və 1959-cu ildə Pentagon inventarına daxil edilib. Son istehsalı 1976-cı ildə olan bu helikopterdən təxminən 16 min ədəd istehsal edilib. Bu modelin təxminən 5 mini Vyetnam Müharibəsində istifadəyə yararsız hala düşüb.

UH-1 1970-ci ildən bəri Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarındadır. “Skorsky”lərin xidmətə başlamasından sonra UH-1-lər daha çox təlim uçuşlarında istifadə edilməyə başlanıb.

2 kazada 9 şehit verdiğimiz UH-1 tipi askeri helikopterin özellikleri neler? - 2

Tək mühərrikli UH-1 helikopterləri zaman-zaman yenilənən versiyaları ilə 1980-ci illərin sonuna qədər TSK-nın helikopter filosunun bel sümüyünü təşkil edib. Lakin “Skorsky”lərin dövrəyə girməsi ilə təlim helikopterləri olaraq istifadə edilməyə başlanıb.

Bu arada, qeyd edək ki, ABŞ Ordusu 2004-cü ildə əlindəki bütün UH-1-ləri UH-60 Blackhawk-lar ilə əvəz etdi. Avstriya Ordusu da bir neçə il əvvəl UH-1 helikopterlərini təqaüdə göndərib.

Son 5 ildə 3 qəza, 15 şəhid

Türkiyədə son 5 ildə UH-1 helikopterləri 3 ağır qəza edib. Bu qəzalarda 15 hərbçi şəhid olub.

Belə ki, 2019-cu ilin fevralında İstanbulda Çekmeköydə UH-1 tipli helikopter qəzaya uğrayıb və 4 əsgər şəhid olub. Bundan iki ay əvvəl də eyni model helikopter yenə İstanbulda qəzaya uğramış və 5 əsgər şəhid olmuşdu.

Bu gün isə İsparta qəzası və 6 şəhid.

2 kazada 9 şehit verdiğimiz UH-1 tipi askeri helikopterin özellikleri neler? - 8

Türkiyədə daha öncə də UH-1 tipli hərbi helikopter qəzaları olub. Onlara nəzər salaq:

8 Noyabr 2002: Bandırma 6-cı Ana Jet Bazasına məxsus UH-1 tipli helikopter təlim sahəsinə eniş edərkən qəzaya uğradı. Qəza nəticəsində 2-si ağır olmaqla 6 hərbi personal yaralandı.

16 Mart 2006: Ərzincana gedən UH-1 tipli hərbi helikopter Ərzincandan 55 kilometr məsafədə yüksək gərginlikli elektrik xəttinə çırpılaraq düşdü. Qəzada 5 əsgər həyatını itirdi, bir əsgər yaralı xilas edildi.

10 Aprel 2006: Kocaelinin Uzunçiftlik bələdiyyəsi yaxınlığında UH-1 tipli hərbi personal daşıyan helikopter düşdü, 3 hərbi personal həyatını itirdi.

10 Yanvar 2011: Quru Qoşunları Aviasiya Məktəbi Komandanlığına məxsus təlim uçuşu həyata keçirən UH-1 tipli hərbi helikopter Sincan rayonuna bağlı Temelli ilə Polatlı rayonuna bağlı Dodurga kəndi Kapalıtepe ərazisi arasındakı bölgəyə düşməsi nəticəsində 5 zabit həyatını itirdi.

26 Noyabr 2018: Texniki nasazlıq yaşayan UH-1 tipli helikopter evin damına düşdü. Hadisədə helikopterdə olan 5 nəfərlik uçuş ekibindən xilas olan olmadı.

12 Fevral 2019: İstanbul Çekmeköydə UH-1 helikopteri düşdü. Qəzada 4 əsgər şəhid oldu.

Qeyd edək ki, UH-1 helikopterlərinin 2032-ci ildə TSK inventarından çıxarılması planlaşdırılır.

Bütün bu qəzaların fonunda sözügedən helikopterlərin əsas xüsusiyyətləri də diqqət çəkir:

- Boş çəki: 2,363 kq

- Maksimum qalxış çəkisi: 4,309 kq

- Gövdə uzunluğu: 12.77 m

- Maksimum sürət: 204 km/saat

- Uçuş hündürlüyü: 4,280 m

- Mənzil: təxminən 510 km

UH-1 helikopterlərinin qiymətinə gəldikdə, bu rəqəm helikopterin vəziyyətinə əsasən, 500 min və 1,5 milyon dollar arasında dəyişir.

Link kopyalandı!
Son xəbərlər