Özünə “Yapon baba” kirayələdi
1747
07 Dec 2024 | 17:12

Özünə “Yapon baba” kirayələdi

Amerikalı yazıçı Aya Meirok "Ossan Rental" xidməti vasitəsilə “Yapon baba” icarəyə götürüb.
 
O, bir gününü yoldaşlıq və kömək üçün icarəyə verən 58 yaşlı Kazuşi Sakuray ilə keçirərək, bunu həyatının ən yaxşı günlərindən biri adlandırıb.
 
Yaponiyada məşhur xidmət olan "Ossan Rental" vasitəsilə insanlar özlərinə ailə üzvləri kirayələyə bilirlər. Məsələn, nənə, baba, sevgili, ər, övlad, əmi, xala və s.
 
Xidmət təhlükəsiz və tamamilə qanunidir. Tənhalıqdan əziyyət çəkən yaponlar bununla özlərini xoşbəxt hiss etməyə çalışırlar. Amerikalı yazıçı bu təcrübəni sınayıb və məmnun qalıb. /Lent.az/

Link kopyalandı!
Son xəbərlər