653
13:27, Bu gün

"Kartdan karta" üsulu ilə işləyən daha 408 sahibkar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində "kartdan-karta" prinsipi ilə işlədiyinə görə 408 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə DVX-dən məlumat verilib.

Bildirilib ki, aparılan müşahidələr zamanı Bakı şəhəri ərazisində yerləşən bəzi ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib. Belə ki, indiyədək 408 sahibkarlıq subyekti tərəfindən istehlakçılara nağdsız ödənişlər üçün "kartdan-karta" köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

DVX-dən bildirilib ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında" Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

 

Link kopyalandı!
Son xəbərlər