23:01
7°C
Bakı
Xəzər dənizində yerləşən “Günəşli” neft yatağında neftçi qəfil vəfat edib.
Yatağın 15 nömrəli platformasında qazmaçı işləyən Siyəzən rayonu Yenikənd kənd sakini Fərzəliyev Elman Əlikram oğlu dünən səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.
Yaxınları onun növbədən çıxmağına 1 gün vaxtının qaldığını bildiriblər.
Qeyd edək ki, bu gün "Günəşli" neft yatağındakı faciədən 9 il ötür. 2015-ci ilin 4 dekabr tarixində neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermis yanğın nəticəsində 16 nəfər dünyasını dəyişib, 17 nəfər itkin düşüb. Həmin il 6 dekabr tarixi Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda matəm günü elan olunub. /Qafqazinfo/