“Qızımla uzun müddətdir əlaqəm yoxdur, onunla bağlı məsuliyyət daşımıram!” - ŞOK açıqlama
2324
03 Dec 2024 | 16:20

“Qızımla uzun müddətdir əlaqəm yoxdur, onunla bağlı məsuliyyət daşımıram!” - ŞOK açıqlama

Əməkdar artist Mehriban Xanlarova sosial mediadakı şok açıqlaması ilə gündəmə gəlib.

Moderator.az Musavat.com-a istinadla bildirir ki, aktrisa 3 yaşından analıq etdiyi qızı Aysel haqqında qeyd edib:

“Hörmətli media nümayəndələri və əziz tamaşaçılar, məni sevərlər. Hər kəs bilir ki, rəhmətlik bacımın vəziyyətinə əsasən onun üç yaşında olan qızını böyüdərək, analıq etmişəm. Uzun müddətdir həmin şəxslə əlaqəm yoxdur və onunla bağlı məsuliyyət, cavabdehlik daşımıram! Bu məsələ ilə bağlı heç kəs mənə zəng etməsin”.

Qeyd edək ki, Mehriban Xanlarovanın uzun illər qızı kimi təqdim etdiyi Aysel onun mərhum bacısı Sevda Xanlarovanın qızıdır.

 

Link kopyalandı!
Son xəbərlər