05:06
10°C
Bakı
Əməkdar artist Almaz Ələsgərli qızı Əminənin ailə qurması haqda sualları cavablandırıb.
Müğənni bu haqda "Qonaqcanlı" verilişində danışıb. O, tək yaşadığını deyib:
"Demək olar ki, tək yaşayıram. Qızım ailə qurmayıb, onun öz evi var".
A.Ələsgərli aparıcı Aytəkin Mərdanovanın "Özünüz qızınızın nişanlandığını paylaşmışdınız. Baş tutmadı" sualına "Hələ ki, baş tutmayıb. İnşallah, olacaq" cavabını verib.
Qeyd edək ki, müğənninin Mədinə adlı daha bir qız övladı var. Mədinə ailəlidir və İsveçdə yaşayır. Onun 3 övladı var.
A.Ələsgərli 2022-ci ilin sentyabrında qızının nişanından fotolar paylaşaraq, onun ailə qurmağa hazırlaşdığını yazmışdı. (Axşam.az )