BDU-nun əməkdaşı VƏFAT ETDİ
1770
02 Dec 2024 | 13:23

BDU-nun əməkdaşı VƏFAT ETDİ

Bakı Dövlət Universitetinin (BDU) Təsərrüfatın idarəolunması departamentinin Təsərrüfat şöbəsinin Təmir-tikinti işləri sektorunun mühəndisi Nurəddin Fərəcov vəfat edib.  
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Nurəddin Fərəcov 1939-cu ildə anadan olub. Uzun illər BDU-da Təmir-tikinti işləri sektorunun mühəndisi vəzifəsində çalışıb.
 
BDU rəhbərliyi və kollektivi Nurəddin Fərəcovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.
 
Allah rəhmət eləsin!
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər