05:21
9°C
Bakı
Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl hadisəsi baş verib.
1978-ci il təvəllüdlü İlhamə Məmmədova öldülürüb.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib və Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Q.Məmmədovun atası bir müddət əvvəl vəfat edib. Bundan sonra İlhamə Məmmədova ərinin qardaşının himayəsində yaşayıb.
Qohumların dediyinə görə, Qasım Məmmədov narkotik maddələrin istifadəçisi olub və öldürülən İ.Məmmədova ilə tez-tez münaqişə yaşayırmış.
Hadisənin baş verdiyi evdən görüntüləri təqdim edirik: