Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə İnformasiya və sənəd menecmenti, Coğrafiya, Tətbiqi riyaziyyat və kibernetika, Filologiya fakültələrinin Təhsil Tələbə Kredit Fondundan yararlanan tələbələri üçün Fond əməkdaşları tərəfindən CV-nin hazırlanması qaydalarına dair təlim keçirilib.
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
Qeyd olunub ki, CV-nin tərtib edilməsi prinsiplərinin, quruluş və ardıcıllığının, düzgün yazı üslubunun öyrənilməsi hər bir tələbənin karyerasında uğurlu məqamdır. Təlimçilər CV-nin hazırlanması, iş axtarışı və müsahibə zamanı diqqət edilməli məqamlar, hədəflərin düzgün seçilməsi, özünüinkişaf və karyera yüksəlişi barədə məlumat veriblər. Təlimdə CV-nin tərtibində yol verilən səhvlər və onların aradan qaldırılması yolları izah olunub, iştirakçıların sualları cavablandırılıb.