Bizi sosial şəbəkələrdən izləyin:
Baş rollarını Ozan Akbaba və Damla Sönməzin canlandırdığı “Çırak” serialı artıq “Tabii” platformasında nümayiş olunub. Azərbaycanın tanınmış aktyoru Elşən Orucov da sözügedən serialın 4 bölümündə rol alıb.
Moderator.az-a açıqlama verən sənətçi bu rola onu Ozan Akbabanın dəvət etdiyini bildirib:
“Ekran işi “TRT” istehsalıdır. Mənim serialda oynadığım obraz Azərbaycandan gələn Ozan Akbabanın dostu roludur. Maraqlısı burasındadır ki, bölümlərin hər birində Azərbaycan musiqisi var. Müğənni Zamiq Hüseynov ifa edib. Daha sonra saz, nağara, zərb kimi milli musiqi alətlərindən istifadə edilib. Bütün bunların hamısı Ozan bəyin ideyasıdır. Çünki Ozan Karslıdır, Azərbaycana yaxındır. Bundan başqa Ozan bizim musiqiləri həddindən artıq çox sevir. Serial dünəndən yayımlanıb və böyük marağa səbəb olub. Klassik musiqimizin Türkiyədə yayımlanan serialda səsləndirilməsi və oradan səsinin eşidilməsi hər kəs kimi məni də hədsiz sevindirdi. Bu əsl qardaşlıq nümunəsidir” deyə tanınmış aktyor bildirib.
Elşən Orucov bildirib ki, Türkiyədə yeni ekran işlərində rol alacaq:
“Bu Ozan Akbaba ilə birlikdə çəkildiyim ilk iş deyil. Bundan əvvəl “Mən bu cahana sığmazam” serialında da onunla rol almışam. Ozan Akbaba həmişə istəyirdi ki, mən Türkiyədə çəkilim. Bundan sonra da ümid edirəm ki, yeni seriallarda rol alacam. Hələ ki, bu haqda ətraflı danışmaq istəmirəm”.