Ulu Öndər Heydər Əliyev də, onun siyasi kursunun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev də gəncləri Azərbaycanın gələcək qurucuları adlandırmış, onların imkan və bacarıqlarını həmişə önə çəkmişlər. Ulu Öndərimizin başladığı, dövlət başçımızın siyasi fəaliyyətində prioritet olan bu ənənəni bu gün Fərid Qayıbov başda olmaqla Gənclər və İdman Nazirliyimiz ən yüksək səviyyədə davam etdirir.
Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Türk dünyası “Onur” və “Altın yıldız” medallı, "Humay" Milli Mükafatı laureatı, Qırğızıstan Respublikası “Çingiz Aytmatov" adına medal sahibi, Qırğızıstan Təhsil Nazirliyinin "Altın qələm" mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, VİP Milan hospitalın sahibi, İş insanı, Türk dünyasının vətənpərvər şairəsi Xuraman xanım Muradova bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə Nazirliyin qonağı olub.
Görüşdə İdman Naziri Fərid Qayıbov, İdman Nazirinin müavini Mariana xanım Vasiliyeva ilə çox səmimi söhbət və müzakirələr olub.
Xuraman xanım Muradovanın rəhbərliyi ilə "VİP Milan hospital" olaraq gənclərimizin təhsilinə, eyni zamanda gənc nəslin fiziki sağlam ruhda tərbiyəsi, idmançılara göstərdikləri dəstək hörmətli nazirimiz Fərid Qayıbov və xanım həmkarı Mariana Vasiliyeva tərəfindən təqdirəlayiq qarşılanıb.
Görüş zamanı Azərbaycan Ordusunun "Dəmir Yumruq"lu Qürur Simvolu Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin gənclərimizə göstərdiyi böyük diqqət və qayğısından geniş söhbət açılıb. Xuraman xanım Muradova müəllifi olduğu Müzəffər Ali Baş Komandanımız, Cənab İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yolundan bəhs edən "Əsrə bərabər 20 il" kitabını Fərid Qayıbova və Mariana xanıma təqdim edib.
Görüşün sonunda Xuraman xanım Muradova "VİP Milan" hospital ailəsi olaraq hər zaman gənc nəslin sağlamlığı, xüsusilə idmançı gənclərimizə lazımi dəstəyə hər zaman hazır olduqlarını diqqətə çatdırıb.