Pediatrdan vaxtından əvvəl doğulan uşaqlarla bağlı VACİB AÇIQLAMA
216
15:59, Bu gün

Pediatrdan vaxtından əvvəl doğulan uşaqlarla bağlı VACİB AÇIQLAMA

“Körpənin fiziki inkişafının göstəriciləri, morfoloji və funksional əlamətləri, vaxtından əvvəl doğulmanı qiymətləndirmək üçün kifayət etmir. Belə ki, hestasiya yaşi (HY) yetkin olan uşağın bətndaxili inkişafının ləngiməsi və sinir sisteminin zədələnməsi fonunda morfoloji və funksional yetkinsizlik əlamətləri qeyd edilə bilər. Odur ki, yenidoğulanın HY-nı qiymətləndirildikdən sonra onun yetkinlik dərəcəsinin HY-na uyğunluğunu müəyyən etmək lazımdır”.

Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Xuraman Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, vaxtından əvvəl doğulanların fiziki inkişaf göstəricilərinə əsasən bədən çəkisi qramla, boy uzunluğu, başın dərəcələrinin ölçüsü və döş qəfəsinin dairəsi santimetrlə qiymətləndirilir.

“Alınan nəticələr yenidoğulanın fiziki yetkinliyinin qiymətləndirməsi üçün Bollard şkalası sentil cədvəlindən istifadə edilir. Vaxtından əvvəl doğulanların morfoloji göstəricilərinə isə bədən hissələrinin qeyri proporsionallığı, başın vertikal ölçüsü boy uzunluğunun 1/3 hissəsinin təşkil edir. Kəllənin beyin hissəsi üzrə nisbətən böyük, göbək həlqəsi orta xətdən bir qədər aşağıda yerləşir. Boy uzunluğuna nisbətən ayaqlar qisa olur.

Bundan əlavə, dəri nazik, hiperemiyalı, qırışlı, bel, çiyin, üz və bud nahiyəsində ilkin tük örtüyü (lanuqo) müşahidə edilir. Dərialtı piy təbəqəsi çox zəif inkişaf etmiş, yalnız yanaqda müəyyən edilir və ya heç olmur. Dırnaqlar dırnaq yataqlarını tam örtmür, dırnaq lövhələri yumşaq olur”.

Pediatr qeyd edib ki, kəllə sümükləri yumşaq, qulaq seyvanının qığırdağı zəif inkişaf etmiş, yumşaq olur.

 

Link kopyalandı!
Son xəbərlər