317
15:10, Bu gün

"Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi müzakirə edilib

Azərbaycan Mətbuat Şurasında (MŞ) Şuranın Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantı keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə MŞ sədri Rəşad Məcid, jurnalistlər, redaktorlar, QHT təmsilçiləri iştirak ediblər.
 
R.Məcid bildirib ki, "Azərbaycan media landșaftı üzrə məlumat bazasının yaradılması" layihəsi 7 ay müddətində davam edib:
 
"Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri üzrə dörd toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb".
 
R.Məcid, həmçinin, layihə çərçivəsində görülən işlərin tamamlandığını və layihənin yekunlaşdığını bildirib.
 
MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradlması" layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları "Azərbaycanın media landșaft" kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib:
 
"Layihə çərçivəsində MŞ-nin "presscouncil.az" saytında "Azərbaycanın media landșaftı" adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar", "İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər", "Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları", "Azərbaycan mediasından gender balansı", "I və ll Qarabağ müharibəsi dövründə Azərbaycan mediası" yarımkateqoriyaları yer alıb".
 
M.Ələsgərli qeyd edib ki, "Azərbaycan media landşaftı üzrə məlumat bazası" beynəlxalq standartlara uyğun formada hazırlanıb.
 
Toplantı digər iştirakçıların çıxış və təklifləri ilə davam edib.
Link kopyalandı!
Son xəbərlər