İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi
1855
27 Nov 2024 | 14:26

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.
 
Ağayev Murad Əsgər oğlu icra başçısının köməkçisi təyin olunub.
 
Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.
 
Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.
 
Məlumat mətbuatda dərc olunduqdan sonra - 18 avqust 2021-ci ildə Əziz Əzizov bacısı oğlunu vəzifədən azad edib. /Qaynarinfo/
 
Link kopyalandı!
Son xəbərlər