Bizi sosial şəbəkələrdən izləyin:
İranın Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə keçirilən "Araz - 2024" birgə taktiki təliminin hazırlıq prosesi yekunlaşıb.
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ssenariyə əsasən, şəxsi heyət təlim poliqonunda ərazi ilə tanış olub. Sonra keçirilən iclasda komandirlərin təlim üzrə məruzələri dinlənilib. “Araz-2024” birgə taktiki təliminin növbəti mərhələsinə uyğun olaraq, hər iki ölkənin şəxsi heyəti təlim sahəsində məşqlərin icrasına başlayıb.