Deputat əmisi qızını işdən çıxarıb yerinə öz arvadını təyin etdi
1717
25 Nov 2024 | 17:22

Deputat əmisi qızını işdən çıxarıb yerinə öz arvadını təyin etdi

Odlar Yurdu Universitetində kadr dəyişikliyi olub.

Moderator.az Yenisabah.az-a istinadən xəbər verir ki, universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.

Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.

Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, "Odlar Yurdu" Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.

İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.

Odlar Yurdu Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir.

Fotoda Samir Vəliyev

Fotoda Nərminə Vəliyeva

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər