503
15:30, Bu gün

"Kasıb dövlətlər bu layihəyə daha çox maliyyə ayrılmasını istəyirdi" - Politoloqdan COP29-la bağlı VACİB AÇIQLAMA

“COP 29 la bağlı Azərbaycanın üzərinə iki məsuliyyət düşürdü. Ölkəmiz hər ikisinin də öhdəsindən uğurla gəldi”
 
Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. 
 
Onun sözlərinə görə, birinci tədbirin təşkilatçılıq məsələsi, texniki məsələlərin həlli, qonaqların qəbulu və nəqliyyat məsələlərinin həlli, iş şəraitinin yaradılması idi ki, bütün bunlar yüksək səviyyədə təşkil edildi:
 
Politoloq Elxan Şahinoğlu Münhen danışıqlarında GİZLİ məqamları açıqladı:  "Bu, bizim xeyrimizədir" - VİDEO
 
"Hətta ölkəmizə gələn qonaqlar özləri də bunu dəfələrlə qeyd etdilər. İkinci məsələ Azərbaycanın ev sahibi kimi yekun sənədin hazırlanması prosesinə də rəhbərlik etməsi idi. Belə ki, ölkə razılaşdırmalar əldə etməli idi. Amma o da nəzərə alınmalıdır ki, əslində, bu, Azərbaycanın tədbiri deyil. Bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) tədbiridir, Azərbaycan sadəcə buna ev sahibliyi edirdi. Yəni yüzlərlə ölkənin nümayəndəsi gəlir və bu ölkələr arasında razılaşma əldə edilməlidir. Bu, daha çox BMT-nin üzərinə düşən məsuliyyətdir ki, COP tədbirlərində də buna nail olunsun, böyük dövlətlər iqlim dəyişikliyi ilə mübarizəyə kifayət qədər maliyyə ayırsınlar. Azərbaycanda buna çalışırdı ki, tərəflər arasında razılıq əldə olsun. Ortaq məxrəc tapılsın və bu ortaq məxrəc əsasında razılaşmalar gələcəkdə yerinə yetirilsin. Bəli, çox gərgin danışıqlar getdi, amma nəticə əldə olundu".  
 
Politoloq qeyd edib ki, keçmişdə də COP tədbirlərinin müxtəlif maliyyə dəstəyi ilə bağlı razılaşmalar əldə olunurdu. 
 
"Məqsəd maliyyənin daha çoxu iqlim dəyişikliyi ilə mübarizəyə sərf olunması idi. Yəni bu prosesə nəzarət etmək üçün gələn il tədbir Braziliyada keçiriləcək. Bir il ərzində iqlim dəyişikliyi ilə mübarizəyə nə qədər maliyyə vəsaitinin ayrılması və bu mübarizədə kifayət qədər müsbət nəticələr əldə edilməsi əsas məsələlərdən biridir. Bu artıq BMT nin üzərinə düşən məsuliyyətdir. Çünki iqlim dəyişikliyi ilə mübarizə təkcə bir ölkənin işi deyil. Azərbaycan bu tədbirə ev sahibliyi etdi və yekun sənədin hazırlanmasında tərəflər arasında razılaşmanın əldə olunmasına çalışaraq bu işin öhdəsindən gəldi. Baxmayaraq ki, son ana qədər çox böyük narazılıq var idi. Hansı ki, kasıb dövlətlər bu layihəyə daha çox maliyyə ayrılmasını istəyirdi. İstənilən halda ortaq məxrəc tapıldı. İndi əsas məsələ gələcəkdə bu məbləğin iqlimlə mübarizəyə yönəldilməsidir”, - o vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər