“Uşaqlar saçlarını da, danışıqlarını da mənə oxşadırdılar, elə bilirdim ki, onlardan 3-4 yaş böyüyəm”- uşaq aparıcısı Şahanə
231
11:45, Bu gün

“Uşaqlar saçlarını da, danışıqlarını da mənə oxşadırdılar, elə bilirdim ki, onlardan 3-4 yaş böyüyəm”- uşaq aparıcısı Şahanə

“İlk televiziya fəaliyyətimə mətbəx rubrikasının aparıcısı kimi başlamışdım. Təsəvvür edirsinizmi? Ton-ton qız kimi (gülür) Sonralar İtv-də, Lider tv-də, ən son isə yenə də Lider tv-də “Uşaq vaxtı” verilişini aparmışam. Uşaq yaşlarımdan bu sahədə olduğum üçün həmyaşıdlarım mənə fərqli cür baxırdılar, yanaşmalar fərqli olurdu. O vaxtlar özümə də qəribə gəlirdi. Saçlarım uzun və qıvırcıq olduğu üçün həmyaşıdlarımın çoxu saçlarını mənim saçım kimi edir və danışarkən də eynən mənim üslubumda danışmaq istəyirdilər”
 
Bunu Moderator.az-a açıqlamasında uzun illərin uşaq aparıcısı olan, bu gün isə doğum gününü qeyd edən Şahanə Xəlilli deyib. 
 
 
İstedadlı gənclərdən biri olan, uşaqların sevimlisi Şahanə Xəlilli ilə illər öncə də onunla məhz bu gündə-onun doğum günündə bacarıqlı uşaqlar axtarışında olarkən həmsöhbət olmuşdum. O zaman da gördüyüm o balaca, mehriban, şıltaq Şahanə bax eynən indiki kimi məni mehriban və gülərüz ilə qarşılamışdı. Müsahibimiz bildirib ki, illər öncə olduqca məsuliyyətli işlə məşğul olduğundan bu yolda ona dəstək göstərənlər də az olmayıb:
 
“Özümün bu sahəyə marağım olduğu üçün bu sahədə ən böyük dəstəyi valideyinlərimdən görmüşəm. Əslində televiziyada çıxışım, həmyaşıdlarımın maraqlı yanaşma tərzi, eyni yaşda olsaq da mənə daha çox diqqət ayırmaları, müəllimələrimin, ətrafımdakıların mənə bir fərd kimi yanaşmaları mənim bu sahəyə marağımı daha da artırırdı. İnanırsınız, hərdən mənə elə gəlirdi ki, mən yaşıdlarımdan 3-4 yaş böyüyəm (gülür)” deyə o bildirib.
Şahanə deyir ki, artıq onun üçün yeni bir dönəm başlayıb. O universitetin birinci kursunda oxuyur:
 
“Bu il çox sevdiyim Bakı Dövlət Universitetinə qəbul oldum. Yeri gəlmişkən, bu il Bakı Dövlət Universitetinin 105 illiyi qeyd olundu və universitetimiz QS dünya reytinqlər cədvəlində 1-ci yerə layiq görüldü. Bakı Dövlət Universitetinin bütün müəllim heyyətini və eləcə də biz tələbələri bu münasibətilə təbrik edirəm. Arzularım çoxdur. Bakalavr pilləsini Azərbaycanda , magistr pilləsini isə xaricdə bitirib vətənimə qayıtmağı planlaşdırıram. Böyük arzularımdan biri televiziya sahəsidir. İnşallah, niyə də olmasın? Artıq bu sahədə bazam var. Uşaqlıqdan televiziyada olan biri kimi düşünürəm ki, gələcəkdə də həyatımı televiziya ilə bağlamaq elə ən böyük mənim haqqımdır” deyə o bildirib.
 
 
Şahanə doğum günündə ona edilən sürprizlərdən də danışıb:
 
“Ad günümü ailəmlə, doğmalarımla, dostlarımla keçirməyi sevirəm. Gözlədiyim hədiyyə də güllərdir. Gülləri sevirəm. Əsas da qızılgülləri. Əlbəttə ki, doğmalarım mənə nəinki ad günlərimdə, adi günlərdə də sürpriz edirlər. Bu gün kimlər ki, doğum günü qeyd edir onları da öz simamda təbrik edirəm. Həmyaşıdlarıma isə həyata nikbin baxmağı, məqsədlərinə nail olmaq üçün çalışmalarını, təhsil almaqlarını və ancaq irəli addım atmaqlarını arzulayıram” deyə Şahanə Xəlilli bildirib.
Şahanə kimi savadlı, ağıllı, inamla addımlayan gəncləri görəndə qürur hissi keçiririk. İnanıram ki, illər sonra yenə də Şahanənin naliyyətinlərini işıqlandırmaq üçün bir araya gələcəyik. Ad günün mübarək, gənc xanım!
 
Link kopyalandı!
Son xəbərlər