DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Xaçmazda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Moderator.az idarəyə istinadən xəbər verir ki, bu gün saat 16:30-da Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Gödəkli kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayon sakini Əmirbəyov Kamil Rafik oğlunun idarə etdiyi “MİTSUBİSHİ” markalı, 27-BJ-625 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayon sakini Soltanov Feyruz Sudef oğlunun idarə etdiyi “FORD TRANİT” markalı, 77-SP-975 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “FORD” markalı avtomobildə olan sərnişin- azyaşlı Vəliyev Ramal Hikmət oğlu hadisə yerində həlak olub, digər avtomobildə olan sərnişin Dəmirov Fərhad Ağamurad oğlu isə xəsarət alıb.
adisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
15:27
Gəndob-Yalama yolunda, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az APA-ya istinadla xəbər verir ki, 3 minik və 1 yük avtomobili toqquşub. Nəticədə 2 yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.