Türkiyədə kişi futbol komandasına "Gözəllik Kraliçası" prezident seçilib.
23 yaşlı türkiyəli model Nevide Çiçek Antalya Həvəskarlar Liqasında mübarizə aparan "Çakallıklı Spor"un prezidenti olub.
Belə ki, 2021-ci ildə Livanda keçirilən "Miss Tourism Universe" yarışmasında Türkiyəni təmsil edən Nevide Çiçek ilk kraliça tacını qazanıb. O, ötən ay Rusiyada keçirilən "Miss Avrasiya" gözəllik yarışmasında 25 fərqli ölkədən gələn iştirakçılar arasında 3-cü olub.
Nevide Çiçek boş vaxtlarında rəhbərlik etdiyi komandanın məşqini yaxından izlədiyini bildirib: "Orta məktəb illərində futbol oynamağa başladım. O vaxtdan özümü təkmilləşdirərək Antalyaya transfer oldum. İndi çox gözəl bir layihə qarşıma çıxdı və bunu dəyərləndirmək istədim. Komandamız da güclüdür, məşqləri uzaqdan da olsa izləyirəm".
Qeyd edək ki, Nevide Çiçek aparıcı Mehmet Ali Erbilin keçmiş sevgilisidir./Milli.Az/