"Beşiktaş" akademiyasında çıxış edən Furqan Musayev Azərbaycan yığmasına dəvət alıb. Moderator.az xəbər verir ki, bu barədə İstanbul klubunun akademiyasının rəsmi səhifəsi paylaşım edib. Paylaşımda bildirilib ki, "Beşiktaş"ın U-15 komandasının üzvü F.Musayev Azərbaycan millisinin Qəbələdə keçiriləcək toplanışına dəvət edilib. O, U-16 yığmamızın keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək. /milli.az/