Qarabağın “birləşməsinə” kimlər imza atmışdı? - Şok faktlar açıqlandı
263
12:05, Bu gün

Qarabağın “birləşməsinə” kimlər imza atmışdı? - Şok faktlar açıqlandı

"Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının olması fonunda onun dəyişdirilməsi ilə bağlı məsələlər gündəmə gətirilir. SSRİ dövründə Ermənistan respublikasının Ali Soveti və qeyri-qanuni formalaşmış keçmiş “Dağlıq Qarabağ milli şurası” heç bir əsasa malik olmayan müstəqillik bəyannaməsi haqqında “sənəd” qəbul edib. Əslində o vaxt sovet konstitusiyasında milli şura adlı bir anlayış yox idi".
 
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
 
O qeyd edib ki, Ermənistanın müstəqillik bəyannaməsini ali sovetin sədri Levon Ter-Petrosyan və onun katibi imzalayıb:
 
“Bundan sonra SSRİ Ali Sovetinin rəyasət heyəti qərar qəbul edərək, Ermənistanın müstəqillik bəyannaməsinin sovet konstitusiyasına zidd olduğunu elan edib. Hələ o zaman bu sənədin qeyri-qanuniliyi SSRİ tərəfindən təsdiq olunub”.
 
 
Politoloq bildirib ki, SSRİ süquta uğradıqdan sonra isə bu məsələ yenidən gündəmə gətirildi:
 
“1995-ci ildə Ermənistan konstitusiyası qəbul edilərkən onun müqəddimə hissəsində müstəqillik bəyannaməsinə istinad edildi. Həmin istinadda qeyd edilir ki, “tarixi ədalətin bərpası naminə Ermənistan respublikası ilə Dağlıq Qarabağ muxtar vilayəti vahid dövlətdə birləşir”.
 
Zərdüşt Əlizadə vurğulayıb ki, indiki halda sülhə başlıca əngəl olan həmin qeyddir:
 
“Azərbaycan tərəfi də haqlı olaraq tələb edir ki, o əsassız qeyd oradan çıxarılsın. Çünki faktiki olaraq Ermənistanın müstəqillik bəyannaməsində və konstitusiyasında Azərbaycan ərazisinin ilhaq edilməsinə dair müddəa var. Əslində, indiki Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. Eyni zamanda, Azərbaycan əməli olaraq Qarabağ üzərində öz suverenliyini bərpa edib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə bu məsələyə birdəfəlik son qoyulub”.
Link kopyalandı!
Son xəbərlər