Saxta həkimləri ifşa edən Qənirə Ataşovanın səhifəsi bağlandı
2814
19 Nov 2024 | 19:45

Saxta həkimləri ifşa edən Qənirə Ataşovanın səhifəsi bağlandı

Bir müddətdir ki, İnstagram hesabında Azərbaycandakı saxta diplomlu həkimlərlə bağlı paylaşımlar edən jurnalist Qənirə Ataşovanın səhifəsi bağlanıb.
 
Moderator.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə jurnalistin özü Facebook hesabında məlumat yayıb.
 
Qənirə Ataşova qeyd edib ki, Azərbaycan səhiyyə sistemindəki problemlərlə bağlı paylaşdığı yazılar səbəbindən hesabına hücum edilib. Bu üzdən, o, paylaşımlarını müvəqqəti olaraq Facebook üzərindən davam etdirəcək.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər