Bizi sosial şəbəkələrdən izləyin:
Maraqla gözlənilən "Azərbaycan Atabəyləri" filminin çəkilişləri yekunlaşıb.
Moderator.az xəbər verir ki, bu barədə filmin sosial şəbəkə səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, layihənin təqdimatı 1 dekabrda baş tutacaq.
Qeyd edək ki, film Atabəylərin tarixindən, müdrik idarəçiliyindən, cəsarətli mübarizələrindən və Azərbaycan dövlətinin necə qurulduğundan bəhs edir. Şəmsəddin Eldəniz roluna dünya və Avropa çempionumuz Zabit Səmədov həyat verəcək. Xalq artisti Mehriban Zəki Şəmsəddin Eldənizin zövcəsi Möminə Xatunu oynayacaq. Bundan başqa, serialda Türkay Cəfərli, Günay Əhməd, Jalə Həsənli də rol alıb.