Lənkəranda zəncirvari qəzada altı maşın əzilib
1755
15 Nov 2024 | 15:55

Lənkəranda zəncirvari qəzada altı maşın əzilib

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin "Böyük bazar" adlanan ərazisində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq ətrafda olan digər maşınlara çırpılıb.
 
Qəza nəticəsində xəsarət alan olmasa da, altı minik avtomobilinə ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.

 

Link kopyalandı!
Son xəbərlər