Hərbi hissədə komanda-qərargah təlimi keçirildi
1768
15 Nov 2024 | 15:33

Hərbi hissədə komanda-qərargah təlimi keçirildi

2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, təlimin ilkin mərhələsində bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
 
Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib.
 
Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.

 

Hərbi hissədə komanda-qərargah təlimi keçirildi - FOTOLAR

Hərbi hissədə komanda-qərargah təlimi keçirildi - FOTOLAR

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər