“Heç kimə hədiyyə etməmişik..” - Rübabə Muradovanın qavalının ÖZƏL FOTOLARI
657
14:31, Bu gün

“Heç kimə hədiyyə etməmişik..” - Rübabə Muradovanın qavalının ÖZƏL FOTOLARI

“Nənəmin bir neçə qavalı olub. Əsas qavalı Heydər Əliyev Mərkəzində 19 sentyabr 2019-cu ildən daimi sərgi kimi fəaliyyət göstərən "Musiqi alətləri: birlik və müxtəliflik" bölümündə qorunub saxlanır. Sevindirici bir haldır ki, dövlət tərəfindən Azərbaycan mədəniyyətinə tövhə verən böyük sənətkarların musiqi alətlərinə belə bir xüsusi diqqət və qayğı var. Oradakı muzeydə nəinki nənəm Rübabə xanımın, digər sənətkarlarımızın da qavalları nümayiş etdirilir. Bir neçə il öncə sənətkarlardan biri demişdi ki, Rübabə Muradovanın qavalı məndədir. Biz bunu araşdırdıq və həmin qavalın nənəmə aid olduğunu təsdiq edən hansısa sübut tapmadıq. O qavalını heç kimə hədiyyə etməyib. Ailə üzvlərində qalıb və sonradan biz onu muzeyə təqdim etmişik”.
 
Bunu Moderator.az-a açıqlamasında Rübabə Muradovanın nəticəsi, tanınmış teleaparıcı Abbasağa Əlizadə deyib.
 
O daha sonra əlavə edib:
 
“Nənəmin plastinkaları da qalmışdı. Bir neçə il öncəyə qədər mən onları görürdüm. Daha sonra çəkilişlərdə istifadə edib, geri qaytarmadılar. Hazırda ondan sadəcə bizə yadigar qalan yanğılı ifaları, köhnə lentləridir. Çox sevinirəm ki, nənəmin irsi bu gün yaşadılır. Onun illər öncə ifa etdiyi mahnılarını gənclər yeni aranjimanda oxuyur. Bunun özü də sevindirici bir haldır”.
 
Qeyd edək ki, bir neçə il öncə xalq artisti Zabit Nəbizadə onda olan qavalın Rübabə Muradovaya aid olduğunu bildirmişdi.
 
Link kopyalandı!
Son xəbərlər