Bizi sosial şəbəkələrdən izləyin:
Avstraliyada tapılan nəhəng hörümçək qalığı şimal və onun iqlimi haqqında yeni məlumatlar təqdim edir. Daşlara həkk olunmuş hörümçəyin avtomobil böyüklükdə olduğu ehtimal edilir.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, elm adamları bu fosilin hörümçəklərin təkamül tarixinə işıq saldığını bildiriblər.
Avstraliyanın Yeni Cənubi Uels bölgəsində tapılan nəhəng hörümçək fosili qitənin tarixdən əvvəlki dövrü ilə bağlı mühüm ipuçları verir.
“Megamonodontium mccluskyi” adlanan bu fosil 11-16 milyon il əvvələ aiddir. Alimlər vurğulayırlar ki, Avstraliyanın keçmiş iqlimi və ekosistemi haqqında qiymətli məlumat əldə ediblər.