“Bu insan sənəti üçün alışıb-yanırdı, abidəni sadə hazırlaya bilməzdim” - Aygün Bəylərin abidəsinin müəllifi - ÖZƏL+FOTO
596
13:17, Bu gün

“Bu insan sənəti üçün alışıb-yanırdı, abidəni sadə hazırlaya bilməzdim” - Aygün Bəylərin abidəsinin müəllifi - ÖZƏL+FOTO

“Aygün xanımın məzarı üzərində abidəsinin hazırlanıb qoyulması təxminən 7-8 ay müddətinə başa gəldi. Ailəsi mənə müraciət etdi və abidə üzərində iş getdi. Özüm də sevərək hazırladım”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev deyib.
 
O daha sonra əlavə edib:
 
 
“Bilirsiniz ki, Aygün xanımın maraqlı, xarizmatik, özünəməxsus bir orbazı var. Aygün xanımın səsi də, sənəti də elə özünəməxsusdur. Bu obraz abidəni hazırlamağımıza motivasiya verdi. Variantlar çox idi. Videolarına, konsertlərinə baxırdım, bir də zövq alırdım. Mən bu abidəni sadə, monoton hazırlaya bilməzdim. Bu insan sənəti üçün alışıb-yanırdı. Hətta deyirdi ki, mən səhnədə dünyamı dəyişəcəm. Ona görə də bu abidəni statik yox, dinamik etdim. Aygün Bəylərin obrazı tükənməzdir. Eskizləri ailəsinə göstərdim, hər biri təsdiqləndi. Sonra gildə baxdılar və bəyəndilər”.
 
Əməkdar artist Augün Bəylərin bacısı Zümrüd Hümmətova da aygünsevərlərə təşəkkür edib:
 
“Mən Aygün Bəyləri sevən insanlara təşəkkür edirəm. Öz adımdan, ailəsi tərəfindən minnətdaram. Bu abidənin hazırlanmasında əmək qoyan xalq rəssamı Natiq Əliyevə təşəkkür edirəm. Hər kəs sağ olsun. Bu bizim üçün böyük təsəllidir. Abidə əslində gec qoyulmayıb. Biz bakılılarda qəbirin üstünü ilə yaxın götürürlər. Çünki torpaq yatmalıdır, yerini tutmalıdır. Çox yerdə belə edirlər. Bu işdə bizə dəstək olan insanlara bird aha təşəkkür edirəm”.
Link kopyalandı!
Son xəbərlər