Lənkəranda toyda FACİƏ - Çıxış edəndən sonra öldü
2329
11 Nov 2024 | 14:47

Lənkəranda toyda FACİƏ - Çıxış edəndən sonra öldü

Dünən Lənkəran rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.
 
Moderator.az Qafqazinfo-ya istinadən xəbər verir ki, toyda iştirak edən rayon sakini Mircəlal Dadaşovun halı qəflətən pisləşib.
 
Belə ki, M.Dadaşova məclisdə söz verilib. O, çıxış edərək ailə quran gənclərə xeyir-dua verib və rəqs edib. Az sonra masaya əyləşən qonaq qəfil yıxılıb.
 
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etməsini müəyyən edib.
 
Mircəlal Dadaşovun ürəktutmadan dünyasını dəyişməsi bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər