COP29 iştirakçıları üçün ictimai nəqliyyat pulsuzdur
1865
11 Nov 2024 | 09:55

COP29 iştirakçıları üçün ictimai nəqliyyat pulsuzdur

Bu gündən etibarən 10 gün müddətində Bakıda qlobal COP29 konfransı keçiriləcək.
 
Moderator.az musavat.com-a istinadən bildirir ki, akkreditasiyadan keçmiş bütün şəxslər üçün ictimai nəqliyyat pulsuzdur. Belə ki, akkreditasiyadan keçən hər kəs metro, avtobus və dəmiryol nəqliyyatından noyabr ayının 24-nə kimi pulsuz istifadə edəcək. Bundan əlavə, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən avtobuslarla Bakı Olimpiya Stadionuna getmək olar.
 
Bakı Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı - "Fast Track" yaradılıb ki, həmin zolaqdan istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər