Bizi sosial şəbəkələrdən izləyin:
Uels Şahzadəsi Vilyam ilk dəfə xərçəng xəstəliyindən əziyyət çəkən atası və xanımı barədə danışıb.
BBC xəbər verir ki, o, atası Kral III Çarlza və həyat yoldaşı Keyt Middltona xərçəng diaqnozu qoyulandan sonra bununla fikrən necə mübarizə aparmasından bəhs edib.
“Dəhşətli idi. Yəqin ki, bu il həyatımın ən çətin ili oldu. Hər şeyin öhdəsindən gəlmək və hər şeyi yolunda saxlamaq çox çətin idi. Ancaq mən həyat yoldaşımla və atamla fəxr edirəm”, - deyə o bildirib.
Qeyd edək ki, hazırda xərçəngdən əziyyət çəkən Böyük Britaniya Kralı III Çarlzın vəziyyətində müsbət dinamika müşahidə olunur, o, işinin başına qayıdıb. Şahzadə Keytin müalicəsi isə bitib. /Qafqazinfo/