Razi ərindən boşanır - “Çoxu deyir ki, uşağın atası kimdir?
1808
09 Nov 2024 | 12:35

Razi ərindən boşanır - “Çoxu deyir ki, uşağın atası kimdir?"

Model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevlə boşanma ərəfəsindədir.
 
Moderator.az olay-a istinadla yazır ki, bu barədə Nicat Nail Naiboğlunun "Qırmızı" layihəsində açıqlama verib. Bildirib ki, boşanmaq üçün ərizəni Razi yazsa da, o, ayrılmaq istəmir:
 
"Sözün düzü hazırda vəziyyət elə də ürəkaçan deyil. Ona görə ki, iyunda Razi boşanmaq üçün sənəd verib. Nə xəyanət etmişəm, nə əl qaldırmışam... Özü deyir ki, bu həyatdır, biz boşansaq, adi hal olar. Mən nbu adama başa sala bilmədim ki, insan hamiləliliyin beşinci həftəsində niyə ərindən qaçsın? Cavabı hələ də tapa bilməmişəm.

Mən boşanmağa narazıyam. İki vəkil tutub ki, boşanaq. İlk gündən ona dedim ki, niyə boşanmalıyıq? Əsas məqam odur ki, uşaq gözləyirik. İndi camaatın çoxu deyir ki, bu uşağın atası kimdir? Ona başa saldım ki, yaşadığın hadisələrdən sonra nümunəvi ailə olmalıyıq. O, mənə dedi ki, mənim üçün heç bir fərqi yoxdur, bütün rəfiqələrim tək doğublar, uşaqların ataları yoxdur, onlar da sağ-salamatdılar. Nə qədər başa saldım ki, Razi, əgər ətrafın belə həyat tərzi sürürsə, bəlkə başqa variantları olmayıb. Bəlkə özləri də istəyərdilər ki, həyatları başqa cür olsun, qismət onları bu yola gətirib. Sən niyə bu yolla getməlisən? Sənin halal ərin, uşağın var. Bir yerdə yaşayaq.

Heç bir problem olmamışdı. O, gələndə bir neçə şərt qoydu ki, bunları yerinə yetirməlisən. Mən də öz sözümün üstündə durmuşam. Şərtlərdən biri o idi ki, təzə salon istəyirdi, salon köhnəlib, böyük yer lazımdır. Mən də təmir işlərinə başladım, haradasa 3-4 ay çəkdi, ayın 4-ü istədiyi formada təhvil verdim. Ayın 5-i məhkəməsi var idi. Ona bütün məhkəmə işlərində kömək etmişəm. Təmir gecə 4-də bitib, 5-i məhkəməyə getmişik, gördüm ki, mənim sözümə heç kim qulaq asmır. Boşuna danışıram. Amma düz deyirəm, qulaq asmırlar, deyirlər ki, sənin işin deyil, özümüz bilərik, qarışma. Sonda mübahisəmiz qışqırığa keçdi. Razi üstümə qışqırıb məhkəməyə getdi.

Anası anama zəng etdi ki, Nicat Raziyə belə deyib. Mən də gəlib anasına dedim ki, Xədicə xanım, sizə ayıb deyil, siz bunu necə edə bilərsiniz, nankorsunuz və yaxşı insan deyilsiniz. Mən demirəm ki, düz hərəkət etmişəm. Lakin gecə saat 4-də təmir işlərini bitirib, səhər 10-da onun məhkəməsinə gəldim. Mənə elə yanaşdılar ki, elə bil düşmənəm. Sadəcə dözmədim, sonra anasından nə qədər üzr istədim, ona izah etdim ki, biz ailəyik. Ailədə söz-söhbət olmadısa, bu ailə deyil. Mənə dedi ki, boşanıram, fikrim qətidir, uşağı tək böyüdəcəyəm, sən də onunla dayə vasitəsilə əlaqə saxlayacaqsan. Mən çox təəccübləndim ki, iki sözə görə, deyirlər, get, uşaq da məndə qalacaq. Əvvəl düşündüm ki, hormonlarla bağlıdır. Nəsə düz qərar verməyib, bir müddət sonra fikirləşər, ağlı başına gələr. Sonra gördüm ki, nə qayıtmaq fikri var, nə də ailəni saxlamaq. Deyir ki, hesab et, yoxam. Mən istəmirəm, pis variantlar olsun. Ümid edirəm ki, hansısa doğru məqama çıxmaq olar. Ən pis halda əlbəttə öz uşağımı atmaram, ona sahib çıxacağam, istəyəcəyəm ki, mənimlə qalsın. Mən inanıram, inanmaq istəyirəm ki, bu sevgidir. Lakin sizinlə razılaşıram ki, burada hər hansısa psixoloji bağlılıq var. Bəlkə də bu belədir".

img

Nicat həmçinin Razi ilə tanışlığından və illər sonra bir araya gəlməsindən danışıb:

"Mən Razi ilə bağlı hadisələri görəndə özümə dedim ki, dayana bilmərəm. Əgər sevdiyim şəxsin başına belə hadisələr gəlibsə, ona kömək etməsəm, sakit yata bilmərəm. Bu, içimdən gəlirdi. Razi ilə 14 ildir tanışıq. Onu ilk dəfə riyaziyyat məşğələsində gördüm. Birinci gündən ona vuruldum. Eyni sinifdə təhsil almırdıq, universitetə hazırlaşmaq üçün müəllimin hazırlığına gedirdik. Üçüncü görüşümüzdə ona gül buketi bağışladım. Əvvəldən anladım ki, bu qadını sevirəm. İndiyə qədər gül buketinin şəklini saxlayıram. Onun üzündə nəsə gördüm. Bunu başa salmaq çətindir. Yəqin ki, hər kişinin həyatında bir qadın olur və onun həmin qadın olduğunu baxanda anlayır. Razi çox narazı idi, dedi ki, biz eyni yaşdayıq, mən dünya görüşlü, yaşca böyük biri ilə görüşüm və o sevgi etiraf etsin. Əslində bu 14 ildə 3 dəfə evlilik təklif etdim ki, gəl, ailə quraq. Birinci dəfə təklif edəndə 18 yaşımız var idi. Hətta onun hələ 18 yaşı tamam deyildi. Ailəsinə getdim, dedim ki, Razi xanımı almaq istəyirəm. Orada demək olar ki, "yox" cavabı aldım, amma məsələ uzun idi. Biz birinci dəfə tanış olanda 16 yaşımız var idi. İki il sonra universitetə qəbul imtahanında eyni partada əyləşdik. Anlaya bilmirəm ki, bu, necə baş verib? Demək olar ki, imtahanda 3 saat əyləşib onu izləmişəm, çıxandan sonra anladım ki, Allahın bir siqnalıdır. Yəni sevdiyin qadındır, təsadüfən bir partaya düşmüsünüz, yəqin burada nəsə var. Sonra biz yenidən münasibətə başladıq. Çalışdım, dedim ki, Razi, ailə quraq.

Razi Əliyeva evli olan sevgilisi tərəfindən döyüldü - FOTO | KONKRET

Amma o vaxt biz həftədə bir neçə dəfə görüşürdük, gəzirdik. Sonradan bəzi hadisələr baş verdi, anasına dedim ki, Razinin yanında olanlar mənə xoş gəlmir, düzgün bilmirəm. Mən onun ətrafını görəndə dəhşətə gəlmişdim. Anasına dedim ki, bu gedişatla yaxşı nöqtəyə gəlməz. Anası onu qınamağa başladı, dedi ki, oğlum, narahat olma, biz bir şey fikirləşərik, onu başqasına ərə verərik. Mən yenə də öz təklifimi etdim ki, istəyirəm ona yiyə durum, arvadım edim. Lakin 18 yaşımızda alınmadı. Razi mənim ilk sevgim idi. Növbəti dəfə 21 yaşımda cəhd etdim. Vaxt keçdi, biz yenidən klubda görüşdük. Özüm təəccübləndim, ona yazdım. O da dedi ki, gəl, görüşək, baxaq ki, necə dəyişmişik. Onda münasibət başladı, yaxın dost kimi idik. Gəldim, anasına dedim ki, onu almaq istəyirəm. Bu dəfə Razi özü dedi ki, istəmirəm, başqasını sevirəm. İkinci cəhd də boşa getdi. Üçüncü dəfə də 3 ildən sonra oldu. Yenə də getdim, anasına ki, istəyirəm, əvvəl "hə" dedilər. Sonra isə bildirdilər ki, mümkün deyil. Sonra onların arasında hansısa qırğın qopdu, üzüyü qaytardılar. Bilmirəm, anası, Razi özü və ətrafı istəmirdilər ki, həyatlarına girim. Yəqin ki, mən onların həyat tərzlərindən narazı olduğum üçün başa düşüblər ki, belə münasibət çox çəkməz.

Model Razi Əliyeva döyüldü, polisə şikayət etdi – Foto – Basta2.com

İyunun biri idi, gördüm sosial şəbəkələrdə videoları yayılıb, Razini axtarmağa başladım. Bütün telefonları sönülü idi, bir-iki həftə onu tapa bilmədim. Sonra köməkliklə anasının nömrəsini tapdım, soruşdum ki, Razi necədir? Mən ona kömək etmək istəyirəm. O da dedi ki, psixoloji durumu pis vəziyyətdədir, onun nömrəsini verə bilmirəm. İki-üç gündən bir əlaqə saxlayaq, bilək ki, salamatlıqdır. Haradasa bir-iki ay anası ilə əlaqə saxladım. Sonda Razi özü yazdı ki, salam, Nicat, necəsən? Mən zəng etdim, dedim ki, Razi, istəyirəm, bu dəfə aramızda nəsə alınsın. Gördüm ki, özü də istəyir. Fikirləşdim ki, yəqin insan başına gələn hadisələrdən sonra nəsə dünya görüşünü, fikrini dəyişməlidir. Ondan sonra çalışdım ki, onu İstanbuldan Bakıya gətirim. Mən inanıram ki, kişinin həyatında bir dəfə əsl sevgi olur. Bu sevgi olmasaydı, ömrümdə belə addım atmazdım. Mən onu həqiqətən çox sevirdim. 18 yaşım olanda Razinin yaşadığı bina çox uzaqda idi, bilmirdim ki, harada yaşayır. Yerini tapandan sonra məlum oldu ki, 20 mərtəbəli binadır. Orada itlər üçün balaca deşik var idi, məcbur oldum ki, bir "karlik" tapım. O, içəri keçsin, qapını açsın. Onu dəlicəsinə sevirdim. İçəri keçdim, bütün "blok"u meyvələr, hədiyyələr, güllərlə doldurdum. Razi mənə o şəkli göndərdi ki, sən 18 yaşın olanda belə etmişdin, bu fotonu saxlayıram. Yəqin bu qismət idi. Mən çox xoşbəxt idim. Fikirləşdim ki, nəhayət Allah istədiyimi yerinə yetirdi.

Bakupost.az - Razi Əliyeva bir ay öncə də polisə müraciət edibmiş ...

Əvvəllər mənə çox çətin idi, bəziləri deyirdi ki, mənə maaş verirlər, bəziləri deyirdi, "kloun"am, aktyoram, istəmirdim, özümü ifşa edim. Camaat içinə çıxım. Mən ictimai şəxs deyiləm, başqa bir həyat tərzi sürürdüm, şou-biznesdən uzaq idim, mənə maraqlı deyildi ki, bütün Respublika məni tanısın. Mən öz həyatımı yaşayırdım. İndiyə qədər çox adam düşünür ki, mən "alfons"am, "kloun"am... İlk rəsmi nikahımdır. Məncə, Razinin içində iki nəfər yaşayır. Həm çox mülayim, mehriban insandır. Yəni onun bu xasiyyətini görəndə təsirlənirsən. Onun ikinci tərəfi də var. Bu isə iblisdir. Onun əgər pis əhvalı olursa, hər insan ona dözə bilməz".

Link kopyalandı!
Son xəbərlər