Türkiyədə “PULSAR” fenləri əhalidən yığılır - TƏHLÜKƏLİDİR
309
11:53, Bu gün

Türkiyədə “PULSAR” fenləri əhalidən yığılır - TƏHLÜKƏLİDİR

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi  “PULSAR” markalı Z5 saç feninin təhlükəli olması ilə bağlı elan yayıb. 
 
Valyuta.az-ın məlumatına görə, nazirliyin foto elanında qeyd edilir ki, “PULSAR” markalı Z5 saç fenin bazarlarda satışı qadağan edilib. 
 
Bazarda olan sözügedən markada olan fenlərin satışdan yığışdırılması üçün də iş aparır. 
 
Aparılan araşdırma zamanı sözügedən fenlərin insan həyatı üçün təhlükəli və yanğına səbəb ola biləcəyi qənaətinə gəlinib. 
 
Sənaye və Texnologiya Nazirliyinin məlumatında qeyd edilib ki, sözügedən fenlərin istehsalçı şirkəti barəsində 25.04.2024-cü il tarixli 5619821 nömrəli inzibati tənbeh qərarı da verilib. 
 
Nazirlik sözügedən fenlərin satışını həyata keçirən sahibkarlara və ondan alıb istifadə edənlərə xəbərdarlıq da edib. Məlumatda bildirilir ki, sözügedən fenlər nazirliyin İstanbulda yerləşən anbarına təhvil verilməlidir. 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər