Həkim zəhərli koronavirus peyvəndi ilə öz anasının məşuqunu öldürməyə cəhd etdi
3418
08 Nov 2024 | 00:53

Həkim zəhərli koronavirus peyvəndi ilə öz anasının məşuqunu öldürməyə cəhd etdi

"Pula mübtəla olan O'Xara anasının sərvətinin məşuquna keçməməsi üçün məkrli plan hazırlayıb..."
 
Böyük Britaniyada ümumi praktika həkimi tibb qardaşı formasını geyinərək öz anasının gözləri qarşısında onun məşuqəsinə zəhərli iynə vurub. Ona 31 ildən artıq müddətə həbs cəzası verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Metro" nəşri yazıb.
 
Tomas Kvan 72 yaşlı Patrik O'Xaranı acgözlüklə öldürməyə cəhd etdiyini etiraf edib.
 
O, uzun palto, geniş şlyapa və tündşüşəli eynəkdə, həm də cərrahi əlcək və tibbi maskada Nyukaslda anasının evində O'xaranı 45 dəqiqə ərzində müayinədən keçirib, hətta iynə vurmazdan öncə qan təzyiqini ölçüb.
 
Zəhərli iynədən O'Xarada nektrotik fasçilit yaranıb və cərrahlar onun həyatını xilas etmək üçün əlinin bir hissəsini amputasiya etməli olub.
 
O'Xara Nyukasl Kral Məhkəməsində deyib: "Bu insident mənim sonum ola bilərdi. Mənim bədənimdə baş verənlər məni susdurub. Əgər tibbi müdaxilə edilməsəydi, mən əminəm ki, nəinki sol əlimi, həm də həyatımı iturəcəkdim".
 
O'Xaranın həfələrlə tibb müəssisəsində müalicəyə və əlinin bir hissəsinin amputasiyasından sonra plastik əməliyyata ehtiyacı olub. 
 
Pullara mübtəla olan və zəhərlərdən yaxşı başı çıxan Kvan aylarla öz sui-qəsdini planlaşdırıb, Milli Səhiyyə Xidmətindən bu ilin yanvar ayında O'Xaranı evini ziyarət etmək təklifi ilə bağlı saxta məktub uydurub.
 
53 yaşlı evli kişiyə bəlli olub ki, onun anası Cenni Lyun tərəfindən tərtib edilən vəsiyyət əsasında O'Xaradan əvvəl dünyasını dəyişərsə ona anasının evində qalmasına imkan verib, bundan sonra onda pul motivasiyası yaranıb.
 
Kvana 31 il beş ay həbs cəzası verən hakim Lambert deyib: "Bu, çox cəsarətli plan olub, hamının gözləri qarşısında adamı qətlə yetirmək istəyəsən və öz məqsədinə az qala nail olasan. Siz, heç şübhəsiz, pulla, xüsusilə sizin haqqınız olduğunu güman etdiyiniz pullara mübtəlasınız. Heç şübhəsiz, Siz O'Xaranı maliyyə qazancı naminə öldürməyə cəhd etmisiniz".
 
Bu işdə ittiham edilən Tomas Kvan bu ilin yanvar ayında hörmətli və təcrübəli ümumi praktika həkimi olub, Sanderlenddə ailə təbabəti klinikasında işləyib.
 
"2023-cü ilin noyabr ayından gec olmayaraq, bəlkə də bundan uzun müddət öncə o, öz anasının məşuqu Patrik O'Xaranın qətlə yetirmək üçün məkrli plan hazırlayıb.
 
İstənilən nöqteyi-nəzərdən bu kişi Kvanı istənilən tərzdə təhqir etmək üçün heç nə etməyib. Lakin bu kişi anasının ölümündən sonra onun sərvətinin Kvana keçməsi üçün yeganə maneə olub.
 
Kvan öz planını həyata keçirmək üçün özünün ensiklopedik bilikləri və zəhərlərin tədqiqindən istifadə edib. Bu plan ondan ibarət olub ki, tibb qardaşı formasını geyinərək evini anası ilə  bölüşdüyü O'Xaranın ünvanına gəlsin, koronavirusa qarşı inyeksiya adı ilə ona təhlükəli zəhər yeritsin. 
 
Bu, çox cəsarətli, hamının gözləri qarşısında, öz anasının gözləri qarşısında onun tərəf-müqabili olan insanı qətlə yetirmək planı olub", - məlumatda deyilir.
 
Polislər müşahidə kameralarının köməyi ilə hələ tibb qardaşı formasında olan Kvanı şəhərin mərkəzində, daha sonra onun Tissayd Qraflığının İnqlbi Barvikdəki evində izləyə bilib.
 
Onun qarajında həkimin topladığı bir sıra təhlükəli kimyəvi maddə aşkar edilib. Kompüterdə isə kimyəvi silahın hazırlanması üzrə təlimat tapılıb.
Link kopyalandı!
Son xəbərlər