Anar Bayramovdan YENİ TƏYİNAT - Onu nazirliyə gətirdi
Foto
1516
29 Oct 2026 | 11:26

Anar Bayramovdan YENİ TƏYİNAT - Onu nazirliyə gətirdi

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub.
 
TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.
 
Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.
 
Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib
 
Görünür, Anar Bayramov səhiyyə naziri təyin olunduqdan sonra TƏBİB-də birgə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəlib.
 
Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı. /Bakupost/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər