Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO
1405
04 Oct 2026 | 15:35

Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

Cəlilabad Rayon İcra Hakimiyyətinin Kövüzbulaq kənd inzibati ərazi dairəsi üzrə yeni icra nümayəndəsi təyin olunub.
 
Moderator.az Yurd.media-ya istinadən xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov əmr imzalayıb.
 
Əmrə əsasən, bu vəzifəyə Orxan Qafur oğlu İmanov təyin edilib.
 
Qeyd edək ki, Orxan İmanov Vətən müharibəsi iştirakçısıdır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər