Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Foto
1444
01 Oct 2026 | 16:23

Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO

Oktyabrın 1-də Tacikistanda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
 
İclasda üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb.
 
Görüş zamanı, həmçinin MDB-yə üzv ölkələrin daxili işlər orqanları arasında əməkdaşlığın digər aktual məsələləri müzakirə edilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər