Foto
1379
02 Sep 2026 | 14:33

"Qalatasaray" növbəti transferini gerçəkləşdirdi - FOTO

"Qalatasaray" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
 
Moderator.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Leypziq" klubunda çıxış edən El-Şaday Bitşiabu ilə transfer barədə razılığa gəlib.
 
21 yaşlı fransalı müdafiəçi icarə əsasında "Qalatasaray"a keçəcək. Razılaşmada futbolçunun transfer hüquqlarının alınması üçün 25 milyon avroluq satınalma opsionunun yer aldığı bildirilir.
 
Bitşiabu transferi rəsmiləşdirmək üçün İstanbula gəlib. O, tibbi müayinədən keçdikdən sonra "Qalatasaray"la müqavilə imzalayacaq.
 
Qeyd edək ki, 1.96 metr boya malik olan futbolçu karyerasına PSJ-nin akademiyasında başlayıb. O, 2023-cü ildə "Leypziq"ə keçib və son üç mövsümdə Almaniya klubunun formasını geyinib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər