Ödənişli yolda ölən Eltonun FOTOSU
Foto
1390
02 Sep 2026 | 11:29

Ödənişli yolda ölən Eltonun FOTOSU

Xəbər verdiyimiz kimi, avqustun 31-nə keçən gecə Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli yolunda lüks avtomobilin qəzaya uğraması nəticəsində Biləsuvar rayonu sakini 24 yaşlı Elton Elşən oğlu Əsgərov həlak olub.
 
Moderator.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, mərhum Biləsuvarın Bəydili kəndində dəfn edilib.
 
Qeyd edək ki, ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində “BMW X7” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qəzaya düşən avtomobilin bazar dəyəri 200 min manat civarındadır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər