
- Belə çıxır ki, döyüşlər məhz bu razılıq əldə olundu deyə dayandı…
- Sözsüz ki, reallıqda elədir.
- Bu halda İranın açıq narahatlılqarı nə ilə bağlıdır?
- Rəsmi Tehran üçün bir müəmmalı məsələ var. İranda hazırda ali dini lider mövcud deyil. Ali rəhbər Müctəba Xameneinin mövcudluğu və ölkəni idarə etməsi yönündə İranın hakimiyyət orqanlarının belə heç bir bilgisi yoxdur. Ölkədə faktiki olaraq ikili idarəetmə sistemi var. Bu, Prezident Məsud Pezeşkian hökuməti ilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasındakı ziddiyyətlərdə açıq şəkildə özünü göstərir.
Hətta ABŞ Prezidenti Donald Tramp da açıqlamışdı ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Əli Laricani öldürüldükdən sonra orada kiminlə danışıqlar aparacağımızı bilmirik.

- İranda mövcud hakimiyyətin dəyişməsi ehtimalını mümkün sayırsınızmı?
- İndiki halda İranda hakimiyyətin dinc şəkildə ötürülməsi, yəni, qanuni strukturların ön plana keçib hakimiyyəti idarə etməsi məsələsi aktualdır. Amma SEPAH mümkün qədər prosesi əngəlləməyə çalışır. Çünki bu halda SEPAH-ın yalanları ortaya çıxacaq. Yalanları ortaya çıxmasın deyə onlar hələ də qarşıdurmada maraqlıdır.
Hakimiyyətin ötürülməsi məsələsində SEPAH mümkün qədər məsuliyyətdən kənar qalmağın yolları haqqında düşünür. Çünki onlar öz gələcəklərini qaranlıq görürlər.

- İranın daxili təlatümlərinə ABŞ-nin yanaşmasını necə xarakterizə edərdiz?
- Əslində ABŞ prosesi daha da gərginləşdirmək istəmir. Çünki istədiyini alıb və buna razılaşıb. Daxildə isə SEPAH öz məsələsini həll edə bilmir. Ona görə də İrandaxili təlatüm davam edir.