Qardaşının 40-ı çıxan gün atası öldü - FOTO
1418
07 Aug 2026 | 16:03

Qardaşının 40-ı çıxan gün atası öldü - FOTO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası dünyasını dəyişib.
 
Moderator.az bildirir ki. bu barədə Lent.az-a aktrisanın ailəvi dostu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva məlumat verib. 
 
Məlumata görə, Məcid Əliyev bu gün səhər 5 radələrində 88 yaşında vəfat edib.
 
"Ötən gün Tünzalənin qardaşı Elxanın 40-nı verdilər. Bu gün də atası dünyasını dəyişdi. Yaşanılan şeylər təbii ki, ağır olub".
 
Qeyd edək ki, T.Əliyeva 22 yanvar 2023-cü ildə onkoloji xəstəlikdən dünyasını dəyişib. Onun qardaşı Elxan Bayramov isə 58 yaşında Moskvada ürək çatışmazlığından vəfat edib və Gəncədə dəfn olunub.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər