Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış oldu - FOTO
1277
06 Aug 2026 | 11:35

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış oldu - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
 
"Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu Ukrayna Xarici İşlər Nazirliyində qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının sərgisinə baxıblar", - məlumatda bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər