Ceyhun Cəlilov yeni icra başçılarını kollektivlərə təqdim etdi - FOTO
1601
05 Aug 2026 | 16:45

Ceyhun Cəlilov yeni icra başçılarını kollektivlərə təqdim etdi - FOTO

Naxçıvan şəhərinə, Ordubad və Culfa rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçıları kollektivlərə təqdim ediliblər.
 
Moderator.az xəbər verir ki, təqdimat mərasimlərində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
 
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev çıxış edərək Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər