Ədliyyə və DİN-dən birgə əməliyyat: Məhkumun gizlətdiyi silah üzə çıxdı - FOTO
1466
05 Aug 2026 | 14:48

Ədliyyə və DİN-dən birgə əməliyyat: Məhkumun gizlətdiyi silah üzə çıxdı - FOTO

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
 
Bu barədə Moderator.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər